Həkimdən iddia: Süni tənəffüs aparatı səhv qoşulur

Həkimdən iddia: Süni tənəffüs aparatı səhv qoşulur

Pandemiyanın mərkəzi olan ABŞ-da koronavirusdan ölüm sayı artmaqda davam edir

 

Amerikalı həkimin bir iddiası ABŞ gündəmində maraq doğurub. AYNA xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da virusa yoluxma və ölüm hallarının çox olduğu Nyu-York xəstəxanasında işəyən həkim Kameron Keyli-Sidell belə bir fikir irəli sürüb. Həkim deyib ki, ABŞ-da ölüm sayının çox olmasının səbəbi ağır xəstələr üçün istifadə olunan süni tənəffüs aparatlarının yalnış qoşulmasıdır. Həkim deyib ki, bu cihazlar insanların həyatını qurtarmaq əvəzinə çox zaman onları öldürür. Buna səbəb isə çox halda süni tənəffüs aparatlarından vaxtında və doğru istifadə olunmur. 

 

“Xəstələri yatırtdıqdan sonra onların boğazına bu aparatın xortumunu salmaqla biz elə onları özümüz öldürürük” - amerikalı həkim deyib.


Qeyd edək ki, hazırda pandemiyadan əziyyət çəkən ölkələrin demək olar ki, hamısında tibbi texniki avadanlıq qıtlığı var. Ən əsası da süni tənəffüs aparatları çatışmır. Bu səbəbdən bir çox ölkə artıq bu cihazları istehsal etməyə başlayıb. 

 

Müəllif: Raminə Eyvazqızı      18 Aprel 2020 20:32
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin