Birləşmiş Krallıq koronavirus testləri ilə bağlı xəbərdarlıq edib

Birləşmiş Krallıq koronavirus testləri ilə bağlı xəbərdarlıq edib

Birləşmiş Krallıqda koronavirusla bağlı test məsələsi müşkülə çevrilib

 

Ölkədə aparılan test kampaniyası Ümumdünya Səhiyyə Təşkilatının da təhlükəsizliyə dair ümidini doğrultmayıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, ölkədə Covid-19-un aşkarlanmasına dair aparılan testlər hökümətlə vətəndaşlar arasında zidiyyət yaradıb.


İnsanlar daha çox özbaşına test almaq və istifadə etməkdən yanadırlar. Bu səbəbdən hökümət dəfələrlə xəbərdar edib ki, insanlar belə testlərdən geniş istifadə etməsinlər. Çünki ənənəvi istifadə edilən testlərdən fərqli olaraq başqa test sınaqları koronavirusla bağlı yanlış diaqnoza səbəb ola bilər.


İngiltərə hökuməti artıq 3 milyon yarım  test üçün pul ödəyib, lakin hələlik konkret hansı test üzərində dayanacağına qərar verməyib. 


Ölkənin nüfuzlu professoru Con Nyuton da çıxışı zamanı insanları özbaşına test almaqdan uazq durmağa səsləyib: 


"Hər gün bu işlə bağlı yeni zəmin qururuq və bu böyük tədqiqat səyinin bir irəliləyişə səbəb olacağına əminəm. Hazırda qan plazmasının səviyyəsini ölçən etibarlı bir seroloji testi hazırlamaq səylərini gücləndirmişik. Bu səbəbdən zamanı gələndə qısa vaxtda uyğun testi ölkə üzrə yayacağıq”.


Qeyd edək ki, Birləşmiş Krallıqda virusa yoluxma faktı 109 769, ölüm faktı isə 14 697 nəfərdir.

 

Müəllif: Raminə Eyvazqızı      18 Aprel 2020 17:45
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin