Bazar günü hava necə olacaq?

Bazar günü hava necə olacaq?

Dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir

 

Bazar günü Azərbaycanda müşahidə olunacaq hava şəraiti açıqlanıb. 

 

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, aprelin 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq.

 

Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-19° isti, Bakıda gecə 9-12° isti, gündüz 17-19° isti olacaq.

 

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 7-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.

Müəllif: Ayna.az      18 Aprel 2020 13:11
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin