Karantində ən çox araq və şokolad satılır

Karantində ən çox araq və şokolad satılır

Satışlar keçən ilin eyni dövrü ilə müqayisədə 56% artıb

 

Birləşmiş Krallıqda karantin müddətində ən çox satılan məhsulların siyahısı açıqlanıb. AYNA BBC-yə istinadən xəbər verir ki, ölkədə karantin rejimindəki dövrdə ən çox araq və şokolad satışı həyata keçirilib.

 

“Paypoint” ödənişi təmin edən şirkətin verdiyi məlumata görə, şokolad və araqdan sonra ən çox satılan məhsul  çörək, süd və tualet kağızıdır.

 

Ölkədə karantinlə əlaqədar alış-veriş internet üzərindən həyata keçirilir. 28 000 mağazaya xidmət göstərən şirkət bildirib ki, satışlar keçən ilin eyni dövrü ilə müqayisədə 56% artıb.

Müəllif: Ayna.az      17 Aprel 2020 20:19
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin