Liviyada dinc əhali bombalanıb

Liviyada dinc əhali bombalanıb

Bombardman nəticəsində bir yerli sakin ölüb, 4-ü bir ailədən olmaqla daha 11 nəfər ağır yaralanıb

 

Liviyada general Haftara bağlı silahli birləşmələr paytaxt Trablusda yerləşən əraziləri bombalayıb.

 

AYNA xarici mətbuata əsasən xəbər verir ki, bombardman nəticəsində bir yerli sakin ölüb, 4-ü bir ailədən olmaqla daha 11 nəfər ağır yaralanıb.

 

Koronavirus bəlasına baxmayaraq, ölkədə silahlı münaqişə hələ də davam edir. Ölkənin Mitiqa Beynəlxalq Hava Limanına yaxın El-Kuraimiya bölgəsində baş verən bombardman hadisəsinin son olmadığı deyilir.

Müəllif: Ayna.az      17 Aprel 2020 19:43
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin