Gürcüstan hökuməti qadağaları sərtləşdirib

Gürcüstan hökuməti qadağaları sərtləşdirib

Gürcüstanda bu günə qədər koronavirusa yoluxanların sayı 370 nəfərə çatıb

 

Gürcüstanda koronavirus tədbirləri çərçivəsində saat 12:00-dan 21:00-a qədər nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılacağı bildirilib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş Nazirinin müşaviri İrakli Çikovan mətbuat konfrasında məlumat verib.

 

Müşavir bununla yanaşı, tibbi maskaların istifadəsinin də məcburi olacağını açıqlayıb. Qanuna riayət etməyən şəxslərin isə 4770 dollar cərimə ediləcəyi qeyd olunub.

 

Hökumətin qəbul etdiyi başqa bir qərara görə, paytaxt Tbilisi də daxil olmaqla, bütün şəhərlərdəki qəbiristanlıqlar 10 gün ərzində bağlı qalacaq. Gürcüstan Müsəlmanları İdarəsi isə müsəlmanları məscidlərdə iftar süfrələri təşkil etməməyə çağırıb.

 

Qeyd edək ki, Gürcüstanda bu günə qədər koronavirusa yoluxanların sayı 370 nəfərə çatıb.

Müəllif: Ayna.az      17 Aprel 2020 19:08
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin