Cənubi Koreyadan pis xəbər: Sağalanlar təkrar yoluxur

Cənubi Koreyadan pis xəbər:       Sağalanlar təkrar yoluxur

Sağalmış 7829 xəstələrdən 163-ündə təkrar yoluxma qeydə alınıb 

 

Cənubi Koreya koronavirusla bağlı sərt tədbirlərini davam etdirir. AYNA xarici mediaya əsasən xəbər verir ki, ölkədən virusa yoluxma ilə bağlı üzücü xəbərlər yayılıb.

 

Belə ki, Cənubi Koreyada sağalmış 7829 xəstələrdən 163-ündə təkrar yoluxma qeydə alınıb və xəstələr yenidən nəzarətə götürülüb.

 

Ölkənin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin verdiyi məlumata görə, hazırda virusun yoluxma qabiliyyəti, yenidən yoluxan xəstələrin vəziyyəti ətraflı araşdırılır. Hələlik tək fakt odur ki, yenidən yoluxanların 43,9 %-ində yoluxma olsa da, xəstəlik simptomları yüngül formadadır.

 

Qeyd edək ki, Cənubi Koreyada virusa yoluxma sayı 10 635 nəfər, ölüm faktı isə 230 nəfərdir.

Müəllif: Ayna.az      17 Aprel 2020 15:52
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin