Fransa ilə Çin arasında COVID-19 gərginliyi

Fransa ilə Çin arasında COVID-19 gərginliyi

Makron Pekini dezinformasiya yaymaqda ittiham edib

 

“Çin Avropada koronavirusla bağlı baş verənlərə, yayılan xəbərlərə qeyri-ciddi yanaşır”. AYNA xaric mətbuata istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

 

Makron bildirib ki, bu gün Çin COVID-19-a qarşı lazımi səviyyədə mübarizə aparmır. Belə ki, Çinin Fransadakı səfirliyinin saytında Avropa ölkələri ilə bağlı səhv xəbərlərin yayılması fransız lideri narahat edib.

 

Səfirliyin saytında məlumatda qeyd olunur ki, Avropada yaşlıları qocalar evinə gətirirlər ki, orada ölsün. Makron bu iddianı rədd edib və Çin səfirindən açıqlama gözlədiyini deyib.

 

Bunun ardınca Fransadakı Çin səfirliyinin nümayəndəsi baş verənlərin anlaşılmazlıq olduğunu, Fransanın epidemiya ilə mübarizəsinə müsbət qiymət verdiklərini bəyan edib.

 

Qeyd edək ki, Fransada COVID-19-a yoluxma faktı 141 min nəfərdir.

Müəllif: Ayna.az      17 Aprel 2020 14:06
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin