Əsas səhifə Haqqımızda Xəbər lenti

Çin ittihamlara cavab verdi

Çin ittihamlara cavab verdi

Nazirliyin sözcüsü Cao Licien paytaxt Pekində keçirilən mətbuat konfransında bu barədə məlumat verib

 

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın “Yeni növ koronavirus Vuhan şəhərindəki bir laboratoriyadan sızıb” iddiasını rədd edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Nazirliyin sözcüsü Cao Licien paytaxt Pekində keçirilən mətbuat konfransında bu barədə məlumat verib.

 

Cao Covid-19-un qaynağını və yayılmasını elm adamları və səhiyyə işçilərinin araşdırılmalı olduğunu söyləyib: “Xatırlatmaq istəyirəm ki, Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri dəfələrlə koronavirusun laboratoriyada istehsal olunduğuna dair heç bir sübut olmadığını bildiriblər. Beynəlxalq aləm Covid-19-la ağlabatan mübarizə apardığı zaman pandemiyaya da qalib gəlmək olacaq”.

 

Qeyd edək ki, ABŞ və İngiltərədən olan elm adamları martın 17-də  “Təbabət Tibbi” jurnalında virusun laboratoriya şəraitində istehsal edildiyini və insan hüceyrlərinə yapışan reseptor zülallarında təbii seleksiya izlərinin olduğunu yazmışdılar.

Müəllif: Ayna.az      16 Aprel 2020 16:18
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin