Əsas səhifə Haqqımızda Xəbər lenti

Belçikada 24 saat ərzində 417 ölüm faktı

Belçikada 24 saat ərzində 417 ölüm faktı

Ölkə üzrə virusdan həyatını itirənlərin ümumi 4865 nəfərə çatıb

 

Belçikada son sutka ərzində koronavirusa yoluxma faktı 1236 nəfər təşkil edib. Ölkədə ümumilikdə, virus daşıyıcılarının sayı 34809 nəfərdir.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, Avropa ölkəsində son 24 saat ərzində 417 nəfər həyatını itirib. Ölkə üzrə virusdan həyatını itirənlərin ümumi sayı 4865 nəfərə çatıb.

 

Mütəxəssislər yaxın həftələrdə yoluxma və ölüm faktlarınn daha da yüksələcəyini proqnoz edirlər. Bu, onunla əlaqəlidir ki, hökumət əvvəl virusun analizini daha geniş formada aparmağa üstünlük vermirdi. İndi evlərdə də test edilməsinə başlanılıb.

 

Belçikada mayın 3-nə qədər sosial izolyasiya tədbirləri davam etdiriləcək. Hökuməti tədricən qaydaları yumşaltmağı düşünür.

Müəllif: Ayna.az      16 Aprel 2020 18:54
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin