Əsas səhifə Haqqımızda Xəbər lenti

Pakistanda bir sutkada 520 nəfər koronavirusa yoluxub

Pakistanda bir sutkada 520 nəfər koronavirusa yoluxub

Ölkə üzrə virusa yoluxub vəfat edənlərin sayı 124 nəfərə çatıb

 

Pakistanda koronavirusa yoluxanların sayı son 24 saat ərzində 520 nəfər artaraq 6550 nəfərə çatıb. AYNA xəbər verir ki, bu barədə Pakistan Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, yoluxanlardan daha 17 nəfəri vəfat edib. Bununla ölkədə COVID-19-dan ölənlərin sayı 124 nəfərə çatıb.

 

Bununla yanaşı, ölkədə son sutka ərzində 5540 sınaq testi keçirilib və ümumi testlərin sayının 78 min 979 olduğu açıqlanıb.

 

Pakistanda əsas yoluxma və ölüm sayı əhalinin ən çox olduğu olduğu Pəncabda qeydə alınıb. Pəncab şəhərində 3277 nəfər bu günə qədər koronavirusa yoluxub ki, onlardan da 46-sı vəfat edib. İkinci ən çox yoluxma və ölüm sayı Kəşmirdə qeydə alınıb.

Müəllif: Ayna.az      16 Aprel 2020 14:35
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin