Əsas səhifə Haqqımızda Xəbər lenti

Almaniyada koronavirusdan ölənlərin sayı artıb

Almaniyada koronavirusdan ölənlərin sayı artıb

Koronavirusa yoluxanların sayı artmaqda davam edir  

 

Almaniyanın Robert Koç İnstitutu tərəfindən hazırlanan hesabata görə, ölkədə son 24 saat ərzində 2 866 nəfərdən çox insan koronavirusa yoluxub. AYNA xəbər verir ki, hesabatda yoluxanların ümumi sayının 130 min 450-ə, ölənlərin sayının isə 3 569-a yüksəldiyi bildirilib.

 

ABŞ-ın Con Hopkins Universitetinin məlumatında isə Almaniyada yoluxma sayının 134 min 753, ölənlərin sayının 3 min 804 olduğu vurğulanıb.

 

Qeyd edək ki, bu günə qədər dünyada koronavirusa yoluxanların sayı 2 milyon 64 min 688 nəfərə çatıb.

Müəllif: Mərahim Nəsib      16 Aprel 2020 12:16
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin