Avropa Komissiyasının yeni sədri məlum olub

Avropa Komissiyasının yeni sədri məlum olub

Avropa Parlamentinin deputatları Almaniyanın müdafiə naziri Ursula fon der Lyayenin Avropa Komissiyasının sədri postuna namizədliyini dəstəkləyiblər.

 

AYNA “Report”-a istinadən xəbər verir ki, açıqlanan nəticələrə görə, 383 deputat onun namizədliyinin lehinə, 327-si isə əleyhinə səs verib, 22 nəfər bitərəf qalıb.

 

Fon der Lyayenin namizədliyinin təsdiqlənməsi üçün 374 səs tələb olunurdu.

Müəllif: Ayna.az      17 İyul 2019 04:36
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin