Əsas səhifə Haqqımızda Xəbər lenti

Daha bir beynəlxalq kubok koronavirusa görə ləğv edilib

Daha bir beynəlxalq kubok koronavirusa görə ləğv edilib

Beynəlxalq Çempionlar Kuboku yayda keçirilən yoldaşlıq yarışıdır

 

Beynəlxalq Çempionlar Kuboku koronavirus pandemiyasına görə ləğv edilən növbəti yarış olub.

 

Bu barədə AYNA-ya turnirin “Twitter”dəki səhifəsinə istinadən xəbər verir.

 

Qeyd edilir ki, oyunçuların, personalın, azarkeşlərin, matçlarda iştirak edən hər kəsin sağlamlığı və təhlükəsizliyi həmişə mühüm əhəmiyyətə malikdir. Məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağının qeyri-müəyyənliyi, həmçinin Avropa futbolu oyunlarının təqvimindəki qeyri-müəyyənlik Beynəlxalq Çempionlar Kubokunun bu yayda keçirilməsinin mümkün olmadığını göstərir.

 

Qeyd edək ki, Beynəlxalq Çempionlar Kuboku yayda keçirilən yoldaşlıq yarışıdır. Hər il bu turnirdə dünyanın aparıcı klubları iştirak edir.

 

Koronavirusa pandemiyasına görə bütün dünyada idman yarışları ləğv edilib. COVID-19 ötən ilin sonlarında Uhanda (Çin Xalq Respublikası) qeydə alınıb.

Müəllif: Ayna.az      11 Aprel 2020 11:56
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin