Əsas səhifə Haqqımızda Xəbər lenti

“Barselona” “Mançester Siti”nin müdafiəçisini alır

“Barselona” “Mançester Siti”nin müdafiəçisini alır

Kanselu “Mançester Siti”yə İtaliya “Yuventus”undan keçib

 

İspaniyanın “Barselona” klubunun heyətinə qatmaq istədiyi futbolçulardan biri müəyyənləşib.

 

AYNA-nın məlumatına görə, La Liqa təmsilçisi İngiltərənin “Mançester Siti” klubunda çıxış edən Joau Kanselunu heyətinə qatmağa qərar verib.

 

Kataloniyalılar bu transferlə müdafiə xəttini gücləndirmək niyyətindədir. Barselonanın eyniadlı klubu 25 yaşlı portuqaliyalının əvəzinə Nelson Semedunu verməyə hazırdır.

 

Qeyd edək ki, Kanselu “Mançester Siti”yə İtaliya “Yuventus”undan keçib. O, cari mövsüm Premyer Liqada 11 matçda iştirak edib. Semedu isə La Liqada daha çox – 21 dəfə şans qazanıb.

Müəllif: Ayna.az      10 Aprel 2020 01:27
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin