Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat

 Vüqar Qarayev Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi təyin olunub

 

Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinə yeni rəis təyin olunub.

 

AYNA xəbər verir ki, bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, polis kapitanı Vüqar Qabil oğlu Qarayev Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi təyin olunub.

 

Qeyd edək ki, V.Qarayev bundan əvvəl Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Cinayət-Axtarış bölməsinin baş əməliyyat müvəkkili olub.

Müəllif: Ayna.az      9 Aprel 2020 15:53
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin