Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Bəzi cənub rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir

 

Aprelin 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə duman olacaq.

 

Cənub-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz  12-16, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

 

Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi cənub rayonlarında arabir yağış, dağlıq ərazilərdə isə  qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz  0-5 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 10-11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif: Ayna.az      9 Aprel 2020 13:52
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin