ABŞ-da koronavirusa yoluxanların sayı 400 min nəfəri ötüb

ABŞ-da koronavirusa yoluxanların sayı 400 min nəfəri ötüb

Koronavirus sürətlə yayılmaqda davam edir 

 

ABŞ-da koronavirusa yoluxanların sayı artıb.

 

AYNA xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

 

Bildirilir ki, ölkədə ümumilikdə 401 166 nəfər virusa yoluxub, koronavirusdan ölənlərin sayı 13 minə (12 936 nəfər) yaxınlaşıb. Birləşmiş Ştatlarda 22,5 mindən çox pasiyent sağalıb.

 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb. 

 

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.

Müəllif: Ayna.az      9 Aprel 2020 03:51
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin