Əsas səhifə Haqqımızda Xəbər lenti

Daha bir ölkədə çempionat ləğv oluna bilər

Daha bir ölkədə çempionat ləğv oluna bilər

Hazırda Şotlandiya çempionatına 80 xalla “Seltik” klubu başçılıq edir

 

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan futbol üzrə Şotlandiya çempionatı davam etdirilməyə bilər.

 

AYNA-nın “Report”a istinadən məlumatına görə, bu barədə ölkənin Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər yayıb.

 

Bildirilib ki, yaxın günlərdə klub rəhbərləri ilə birlikdə iclas keçiriləcək. Cari mövsüm ləğv olunacağı halda turnir cədvəlinin ilk pilləsində yer alan komanda çempion elan olunacaq.

 

Hazırda Şotlandiya çempionatına 80 xalla “Seltik” klubu başçılıq edir.

 

Qeyd edək ki, daha əvvəl Belçikada cari mövsümün bərpa olunmayacağı açıqlanıb.

Müəllif: Ayna.az      9 Aprel 2020 08:50
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin