Azərbaycanda koronavirusa yoluxmuş 82 yaşlı xəstə sağalıb

Azərbaycanda koronavirusa yoluxmuş 82 yaşlı xəstə sağalıb

"Test keyfiyyətinə və sayına görə Azərbaycan MDB məkanında ilk sıradadır"

 

“Azərbaycanda istifadə olunan Covid-19 testləri ən keyfiyyətli və dünya standartlarına görə qabaqcıl müayinə vasitələridir. İndiyə qədər 50 min test edilib”.

 

AYNA xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünki brifinqində deyib.

 

Onun sözlərinə görə, test keyfiyyətinə və sayına görə Azərbaycan MDB məkanında ilk sıradadır, dünya dövlətləri arasında isə 30-cu yerdədir.

 

“Xəstələrin yaş kateqoriyasına gəlincə, 2 yaşdan başlayaraq 90 yaş arası koronaviruslu xəstələrimiz var. Hətta 82 yaşında olan xəstəmiz sağalıb”, - R.Bayramlı bildirib.

Müəllif: Raminə Eyvazqızı      8 Aprel 2020 19:08
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin