Süni ajiotaja yol vermək olmaz: Dönüb qonşulara boylanaq

Süni ajiotaja yol vermək olmaz: Dönüb qonşulara boylanaq

Rəsmi qurumların tələskənliyi xoşagəlməz mənzərə meydana çıxarır

 

Aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılmış tibbi maska istehsal edən müəssisə istifadəyə verildi. Qısa müddətdə ölkədə fərdi qoruyucu vasitələr olan tibbi maskaların kütləvi istehsalını həyata keçirən müəssisə yaradıldı. Bu, koronavirusun yayılması ilə əlaqədar yaranan tibbi maska çatışmazlığını, həmçinin sakinlərdən tibbi maskalar taxmağı tələb edən bəzi dövlət qurumlarının tələskən hərəkətlərini aradan qaldıracaq.

 

Hələ həkimlər arasında adi birdəfəlik istifadə üçün nəzərdə tutulan maskanın sağlam insanları virusdan qoruya bilməsi barədə birmənalı fikir mövcud deyil. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) onu yalnız xəstələrin və onlara qulluq edənlərin taxmasını tövsiyə edir. Lakin Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) nümayəndələri tibbi maskaların məcburi istifadəsi və onların olmaması üçün cərimə barədə ziddiyyətli məlumatlar yayaraq əhali arasında qarışıqlıq yaratdılar. Sərnişinlərə tibbi maskaları olmadan avtobuslardan istifadə etməyi qadağan edən Bakı Nəqliyyat Agentliyi, habelə maskalarsız müştərilərə xidmət göstərməkdən imtina edən bəzi bankların da buna aidiyyəti var.

 

Halbuki, Nazirlər Kabineti yanında Operativ Qərargah tibbi maskanın məcburi istifadəsi barədə heç bir şey söyləmir. Qurumun www.koronavirus.az saytındakı tövsiyələr bölməsində, kimdəsə yoluxma əlamətləri varsa, insanlarla təmasda olduqda maskadan istifadə etməsi barədə məlumatlar yerləşdirilib, məcburiyyət deyil.

 

Bütün bu anlaşılmazlıqlar, onsuz da çətin olan vəziyyəti daha da qəlizləşdirir. İnsanlar apteklərə qaçırlar və nəticədə tibbi maskalar çatışmazlığı yaranır. Maskalar və antiseptik maddələr çatışmazlığı mövcud idi. Onları şişirdilmiş qiymətlərlə satmağa başladılar və bəzi apteklər əhaliyə ev maskaları təqdim etməyə başladı. Yuxarıda qeyd edildiyi kimi, bu, bəzi strukturların tələsik addımları ilə əlaqədar idi.

 

Tibbi maska istehsal edən müəssisənin açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bu mövzuya toxundu. Süni çatışmazlıqların və əhaliyə maskalar satarkən spekulyativ qiymət artımının yolverilməzliyi barədə ciddi xəbərdarlıq etdi: “Heç bir halda buna yol verilmir və müvafiq dövlət qurumları ciddi nəzarət mexanizmini tətbiq etməlidir. Süni şəkildə qiymət artımında iştirak edənlər ciddi şəkildə cəzalandırılacaqlar, çünki hazırkı pandemiyada bu cür hərəkətlər xəyanət kimi qəbul ediləcək”.

 

Belə vəziyyətdə hökumət qonşu ölkələrin təcrübəsinə diqqət çəksə, yaxşı olar. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə tibbi maskaların satışına qadağa qoyub. İndi vətəndaşlar pulsuz tibbi maskalar əldə edə bilərlər. “Yerli qurumlar vətəndaşlarımıza tibbi maskaları pulsuz olaraq paylamağa başlayıb, onlar müvafiq elektron poçta - “e-devlet” portalına, ya da RTT poçt saytına sorğu göndərirlər. Maskaların satılması qadağandır”, - Ərdoğan bildirib.

 

Rusiya hökuməti də müəyyən tibbi cihazların, o cümlədən maskaların topdan və pərakəndə satışına məhdudiyyətlər qoyub. Arıtq, yalnız tibbi lisenziyası olan şirkətlər maska, respirator və əlcək sata bilər. Satışın hər mərhələsində bu tibbi cihazların qiyməti 10 faizdən çox ola bilməz. Bundan əlavə, mal bir vahid üçün 10 qəpikdən çox olmamalıdır.

 

Qonşu ölkələrin bu təcrübəsi də qəbul edilə bilər. Heç kim hökumətin boş oturduğunu söyləmir. Martın sonlarında Azərbaycan hökuməti tibbi maskalar, əlcəklər və tibbi baxillərin idxalına ƏDV-ni ləğv etdi. Və Qusar rayonunda tibbi spirt istehsal edən bir Azərbaycan-Rusiya müəssisəsi istifadəyə verildi. Lakin bu tədbirlər süni qiymət artımını dayandırmır. Ümid edək ki, tibbi maskalar istehsal edən yeni müəssisə və dövlət qurumlarının atdığı addımlar qiymətləri normallaşdıracaq və çatışmazlığı aradan qaldıracaq.

 

Asif Aydınlı

Müəllif: Ayna.az      9 Aprel 2020 19:40
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin