Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 26% azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 26% azalıb

Son 1 ildə ixrac 15,2%, idxal isə 50,6% artıb

 

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 16,995 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

 

AYNA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,6% çoxdur.

 

Altı aylıq xarici ticarət dövriyyəsinin 9,979 milyard dolları ixracın, 7,016 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,2%, idxal isə 50,6% artıb.

 

Son nəticədə xarici ticarətdə 2,963 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 26% azdır.

Müəllif: Ayna.az      16 İyul 2019 10:40
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin