"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi koronavirusla bağlı auksion keçirəcək

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi koronavirusla bağlı auksion keçirəcək

Auksionda əldə olunacaq məbləq tam şəkildə Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüləcək

 

Dünyada hazırda yaşanan koronavirus (COVİD-19) pandemiyası dövründə ölkəmizin müxtəlif sahələrində - o cümlədən olduqca zəngin və əhəmiyyətli incəsənət sahəsində də çalışanlara dəstək mühüm əhəmiyyət kəsb edir. Digər istiqamətlərdə olduğu kimi, incəsənət xadimlərinin də fəaliyyətlərini davam etməsi ilə öz istedadları ilə hamımızı sevindirmək və bu ağır günlərə rənglər qatmaq üçün gözəl bir imkan ola bilər.

 

Məhz bununla bağlı "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu sahədə görülən işlərdə daim yaxından iştirak edir və bunun davamı kimi, İdarənin təşəbbüsü ilə yeni incəsənət-xeyriyyə aksiyasının həyata keçirilməsi planlaşdırılır.

 

AYNA-ya “İçərişəhər” DTMQ İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, aksiya çərçivəsində İdarə öz hesabına ölkəmizin bir neçə gənc istedadlı rəssamlarına - Bəhruz Kənqərliyə, Səyalı Məmmədovaya, Orxan Qarayevə, İmran Mehdiyevə və Vüsalə Ağarzayevaya - dünyada bu günün əsas mövzusu olan koronavirusla mübarizəyə həsr edilmiş rəsmlərin çəkilməsini sifariş etdib.

 

Rəsmlər daha sonra İdarə tərəfindən xüsusi təşkil edilmiş auksiona çıxarılacaq. Auksion onlayn qaydada əvvəlcədən İdarə tərəfindən əlavə elan ediləcək vaxtda qapalı şəkildə keçiriləcək.

 

Qeyd edək ki, auksionda rəsmlərin satışından əldə olunacaq məbləq İdarə tərəfindən tam şəkildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüləcək.

Müəllif: Ayna.az      8 Aprel 2020 15:37
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin