Virusdan ölənlər arasında zəncilər çoxluq təşkil edir

Virusdan ölənlər arasında zəncilər çoxluq təşkil edir

Konkret fikir olmasa da, hələlik ölüm səbəbləri iki cür izah olunur

 

Bu gün pandemiyanın mərkəzi sayılan ABŞ-da koronavirusdan ölənlər arasında zəncilər çoxluq təşkil edir. AYNA xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın bir neçə ştatında aparılan araşdırmaların nəticələri buna deməyə əsas verir.

 

Misal üçün, Çikaqo ştatındakı əhalinin 30%-ni afrikalılar təşkil etdiyi halda, virusdan ölüm hallarının 68%-i qaradərililərin payına düşür.

 

Məlumatda bildirilir ki, hələlik ölüm səbəbləri iki cür izah olunur:

1) Zəncilər uzunömürlü olsa da, onlar arasında siqaret çəkənlər və xroniki xəstəliyi olanlar çoxdur;

2) Qaradərililərin sosial-iqtisadi cəhətdən zəif təminatı, karantin müddəti olsa da, onların çöldə işləməsi yoluxma sayını artırıb.

 

ABŞ Beynəlxalq Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru Antoni Fauki zəncilər arasında yoluxma və ölüm hallarının çoxalmasının səbəblərinin araşdırıldığını deyib. Hətta Prezident Tramp da vəziyyətdən xəbərdar olduğunu, alimlərin fikirlərini gözlədiyini bildirib.

Müəllif: Ayna.az      8 Aprel 2020 12:11
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin