Əsas səhifə Haqqımızda Xəbər lenti

FİFA-dan yeni qərarlar

FİFA-dan yeni qərarlar

Tərəflər FIFA-ya müraciət edərsə, 5 maddəyə önəm veriləcək

 

FIFA koronavirus pandemiyasına görə qərarlar qəbul edib.

 

AYNA xəbər verir ki, yeni qərarlara görə, mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçular və məşqçilərin müqaviləsi liqalar bitənə kimi qüvvədə qalacaq.

 

Bundan başqa, futbolçular və klublar oyunların keçirilmədiyi vaxt üçün maaş məsələsində razılaşmalıdırlar. Əgər tərəflər FIFA-ya müraciət edərsə, 5 maddəyə önəm veriləcək:

 

1) Klubun futbolçu ilə anlaşmağa çalışıb-çalışmamağı;
2) Klubun maliyyə durumu;
3) Futbolçuların müqavilələrində ediləcək dəyişikliyin əmsalı;
4) Futbolçunun anlaşmadan sonrakı gəliri;
5) Komandadakı futbolçularda eyni tələbin olub-olmamağı.

 

Qeyd edək ki, transfer pəncərələrinin də vaxtı dəyişdiriləcək. Hər çempionatda mövsümün startı və sonu nəzərə alınacaq. Tarixdə ilk dəfə edilmiş dəyişikliyin vaxtları gələn günlərdə açıqlanacaq.

Müəllif: Ayna.az      8 Aprel 2020 09:37
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin