Yardımlıda qarlı yaz - VİDEO+FOTO

Yardımlıda qarlı yaz -            VİDEO+FOTO

Dağlıq rayonlarımızda təbiət "sürpriz" edib


Təbiət bir neçə gündür ki, öz şıltaqlığı ilə hər kəsi təəccübləndirir. Artıq yaz fəsli və aprel ayı olmasına baxmayaraq, havalar dəyişkən keçir. Gah güclü külək qapı-pəncərələri döyəcləyir, gah da aramsız yağış küçə və prospektləri yuyur.


AYNA xəbər verir ki, dağlıq rayonlarımızda isə təbiət rayon sakinlərinə gözlənilməz "sürpriz" də edib. 


Belə ki, Yardımlı rayon sakinləri bugünki səhərlərini hər tərəfi örtmüş bəyaz qarla açıblar. Qar gün ərzində də yağmağa davam edib.

 

Rayon sakinlərinin bildirdiklərinə görə, onlar bu hadisədən heç də təəccüblənməyiblər. Çünki Yardımlıda nəinki aprel, hətta may ayındada belə, qar yağmasına artıq adət ediblər. Onlar qar yağmasını bolluq-bərəkət kimi səciyyələndirirlər və belə günlərdə qarın sevincini yaşamağa çalışırlar.

 

Təəssüflər olsun ki, koronavirusun ölkədə yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi karantin rejimi bu dəfə rayon sakinlərinin, xüsusən də uşaqların qar sevincini ürəklərində qoyub. "icaze.e-gov.az" portalında qartopu oynamaq üçün icazə almaqla bağlı xüsusi rəqəm nəzərdə tutulmadığından, sakinlər yaz qarını ancaq pəncərədən seyr etməklə kifayətlənməli olublar. 


Yardımlı rayonunda bu gün çəkilmiş fotoları və videonu təqdim edirik:

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      7 Aprel 2020 19:54
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin