Ailədə ancaq bir nəfərə birdəfəlik ödəniş olunacaq - Nazir suallara aydınlıq gətirdi

Ailədə ancaq bir nəfərə birdəfəlik ödəniş olunacaq -    Nazir suallara aydınlıq gətirdi

"Əgər ailənin bir üzvü əmək müqaviləsi ilə işləyirsə, ailə üzvlərinin başqa nümayəndəsi əlavə dəstək ala bilməz"

 

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, 4 istiqamət üzrə insanlara sosial dəstək veriləcək: "Həyati vacib obyektlərin işini davam etdirməkdə olan iş yerləri üçün işçi təminatı təmin edilib. Bu gün dövlət sektorunda 910 min nəfər əmək müqaviləsi ilə işləyir".

 

AYNA xəbər verir ki, Naziri bildirdiyinə görə, qeyri-dövlət sektorunda əmək müqaviləsi ilə işləyənlər ikinci istiqamətdə dəstək alacaq işçilərdir: "Bu sektorda 660 min əmək müqaviləsi ilə çalışır. Son 10 gündə əmək müqaviləsi ilə işləyənlərin sayında ciddi artım olub. Ləğv edilən hər bir əmək müqaviləsi üzrə işəgötürənlərlə müzakirə aparılır. Onlara izah edilir ki, bu dövrdə maksimum dərəcədə müqavilələrin ləğvi olmasın".

 

S.Babayev qeyd edib ki, üçüncü istiqamət işsizlər və əmək müqaviləsi olmadan qeyri-formal məşğulluq sahəsində işləyənlərlə əlaqəlidir: "Onlar da sosial cəhətdən ən çox zərbə alanlardır. Bu gün onların sosial təminatı yoxdur. Bu şəxslərin sosial tədbirlərlə əhatə edilməsi tapşırılıb".

 

Nazir onu da nzərə çatdırıb ki, bəzən əmək müqaviləsi ilə işləyən şəxslər belə birdəfəlik ödəniş almaq üçün müraciət edirlər: "Birmənalı şəkildə bilməliyik ki, dəstək sosial cəhətdən həssas təbəqəyə aiddir. Əgər ailənin bir üzvü əmək müqaviləsi ilə işləyirsə, ailə üzvlərinin başqa nümayəndəsi əlavə dəstək ala bilməz".

 

Nazir bildirib ki, məhz işsiz hesab edilən şəxslər üçün birdəfəlik ödəniş ediləcək: "Son iki gün ərzində 10 minlərlə müraciət emal edilib. Qeydiyyata düşən və haqqı olan hər kəsə ödəniş olunacaq".

 

S.Babayev qeyd edib ki, karantin müddəti uzandığı halda birdəfəlik ödəmə (190 manat) növbəti aylarda da veriləcək.

 

Onun sözlərinə görə, hər ailəyə birdəfəlik ödəniş bir dəfə həyata keçiriləcək: "Əgər ailədə 2 nəfər varsa və onlar işləmirsə, onlardan biri işsizliyə görə qeydiyyatdan keçə bilər. Onlardan birinə birdəfəlik ödəniş olunacaq. Bütün ödənişlər nağdsız şəkildə həyata keçiriləcək".

Müəllif: Ayna.az      7 Aprel 2020 18:48
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin