Türkiyədə hərbi zavodda partlayış baş verib

Türkiyədə hərbi zavodda partlayış baş verib

Hadisə nəticəsində 3 nəfər yaralanıb

 

Türkiyənin “Roketsan” hərbi zavodunda partlayış baş verib.

 

AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.

 

Ankara valiliyinin yaydığı açıqlamaya görə, "Roketsan" yanacaqdoldurma depolarında meydana gələn partlayış nəticəsində ölən olmayıb.

 

"Roketsan" yanacaqdoldurma depoları Türkiyə Milli Müdafiə Sənayesi Nazirliyinə aiddir. Mənzil-qərargahı Ankarada yerləşən zavod 1988-ci il iyunun 14-də təsis edilib. 3 minə yaxın əməkdaşı var. 

Müəllif: Ayna.az      7 Aprel 2020 17:14
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin