Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,13 dollar/barel azdır.

 

AYNA xəbər verir ki, bu barədə trend.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,14 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 64,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 67,09 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,26 dollar/barel azdır.

Müəllif: Ayna.az      16 İyul 2019 04:08
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin