Türkiyədə koronavirusa yoluxanların sayı 30 mini keçib

Türkiyədə koronavirusa yoluxanların sayı 30 mini keçib

Türkiyədə koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

Türkiyədə daha 75 nəfər pandemiyanın qurbanı olub. 

 

AYNA xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

 

Onun sözlərinə görə, ölkədə pandemiyadan ölənlərin ümumi sayı 649 nəfərə çatıb.

 

"Bu gün 21 400 test keçirilib, 3 148 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 30 217 nəfərdir. Bu gün daha 284 pasiyent sağaldı, ümumi say 1 326 nəfərdir", - nazir özünün “Twitter”dəki səhifəsində yazıb.

Müəllif: Ayna.az      6 Aprel 2020 22:22
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin