Gürcüstanda iki azərbaycanlı koronavirusa yoluxub

Gürcüstanda iki azərbaycanlı koronavirusa yoluxub

Həmin şəxslə yaxın təmasda olmuş 25 nəfər isə karantinə alınıb

 

Bolnisi və Marneuli rayonlarında koronavirusa iki yeni yoluxma halı qeydə alınıb.

 

AYNA xəbər verir ki, bu barədə Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili məlumat verib.

 

Qubernatorun məlumatına görə, virusa yoluxan Bolnisi sakini 87 yaşındadır. O, koronavirusdan ölən qadının həyat yoldaşıdır.

 

Ş.Rexviaşvili bildirib ki, Marneulidə virusa yoluxan qadın isə Kirəç Muğanlı kənd sakinidir. Həmin şəxslə yaxın təmasda olmuş 25 nəfər isə karantinə alınıb.  

Müəllif: Ayna.az      6 Aprel 2020 18:30
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin