ABŞ-da minlərlə avtomobil yanaraq külə dönüb

ABŞ-da minlərlə avtomobil yanaraq külə dönüb

Hadisə ilə əlaqədar istintaq başladılıb, araşdırma aparılır

 

ABŞ-ın Florida ştatında yerləşən “Sothwest Florida” beynəlxalq hava limanında güclü yanğın baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, yanğın nəticəsində 3500 ədəd avtomobil tamamilə yanıb.

 

Flordia Regional Yanğın İdarəsindən verilən açıqlamaya görə, yanğın 15 hektar əraziyə yayılıb. Yanğın əvvəlcə 20 nəqliyyat vasitəsini ağuşuna alıb, sonradan 3500 nəqliyyat vasitəsini məhv edib.

 

Yanğının hava limanındakı binalara sıçramadığı, xəsarət alan və həyatını itirənlərin olmadığı bildirilir. Hadisənin səbəbi hələlik məlum olmasa da, hadisə ilə əlaqədar istintaq işi başladılıb.

Müəllif: Ayna.az      6 Aprel 2020 17:14
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin