Azərbaycanda koronavirusa yeni yoluxma faktları var

Azərbaycanda koronavirusa yeni yoluxma faktları var

Ölkədə COVID-19-a 57 yeni yoluxma faktı qeydə alınıb

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artıb. Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, 57 yeni yoluxma faktı qeydə alınıb. Həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

 

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 12 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Ötən dövr ərzində ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 641 şəxsdən 44 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat etmiş, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

 

Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 4369 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 45 mindən artıq test aparılıb.

Müəllif: Ayna.az      6 Aprel 2020 15:37
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin