Vətəndaşlara yeni xəstəlik bulaşdıran və “danışığını bilməyənlər”...

Vətəndaşlara yeni xəstəlik bulaşdıran və “danışığını bilməyənlər”...

Bu məmur(lar) işlərini bilmirlər, ona görə də belə qorxu, təşviş yayır, xalqı ağılsız yerinə qoyur

 

Koronavirus pandemiyası Azərbaycanda yayılmağa başlayanda hökumət bunu minimallaşdırmaq və prosesdən daha az itki ilə çıxmaq üçün əlindən gələni etdi, etməyə də davam edir. Prezident İlham Əliyev də bəyan edib ki, bütün addımların yeganə və əsas səbəbi Azərbaycan xalqının sağlamlığının qorunmasıdır. Sərhədlərin bağlanması, təhsil ocaqlarında tədrisin onlayn rejimə keçməsi, karantin, ardınca xüsusi karantin rejiminin tətbiqi, insanların evdə qalması üçün aparılan kampaniyalar, bir sözlə həyata keçirilən bütün işlərin məqsədi virusun yayılmasının qarşısını almaq, vətəndaşların sağlamlığının qeydinə qalmaqdır. 


Amma bu işi həyata keçirən, daha dəqiq desək, həyata keçirilən işləri ictimaiyyətə çatdırmaqdan məsul olan məmurlar sanki “vətəndaşların sağlamlığını qorumaq” adı altında xəstəlik yayır. Bu, koronavirus yox, yeni icad olunmuş mərəzdir: qorxu, təşviş...

Aprelin 20-dək koronavirusla bağlı vəziyyətdə dönüş nöqtəsi ...

Aprelin 20-dək koronavirusla bağlı vəziyyətdə dönüş nöqtəsi ...

 

Keçmiş jurnalist, indi isə məmur olan və koronavirusla pandemiyası haqda məlumatları ictimaiyyətə açıqlamaq işini həyata keçirənləri dinlədikcə, “virus Azərbaycanı məhv etdi” təəssüratı yaranır. Doğrudur, virusun yayılması artan templə davam edir. Son məlumata görə, yoluxma sayı 521 nəfərə çatıb. Lakin dünya və region ölkələri ilə müqayisədə bu, olduqca azdır. Ölüm faktına görə də Azərbaycan ən aşağı göstəricilərə malik ölkələr arasındadır.


Buna necə nail olduq? İlk növbədə hökumətin operativ şəkildə prosesə müdaxiləsi və doğru istiqamətdə addımların atılması, digər tərəfdən, vətəndaşların hökumətin çağırışına əməl etməsi, baş verənləri ağılla dəyərləndirərək, karantin rejiminin qaydalarına əməl etməsi hesabına...

Təbii ki, karantin rejiminə əməl etməyənlər az da olsa mövcuddur. Onların bir qismi zərurətdən evdən çıxmağa məcbur olur. Hökumətin qəbul etdiyi iqtisadi dəstək paketində günəmuzd işləyən belə şəxslərə yardım ediləcək. Digər qismi isə xəstəliyə ciddiyə almayanlardır ki, yenə də hökumət onların karantin qaydalarına əməl etməsi üçün lazımi addımlar atır.


Yəni bu gün Azərbaycanda vəziyyət normaldır. Hökumət öz üzərinə düşəni, vətəndaş da öz üzərinə düşəni edir. Dövlət başçısının da bildirdiyi kimi, həmişə olduğu kimi bu çətin prosesdən də vətəndaş-dövlət həmrəyliyi ilə çıxacağıq. Bu gün həmin həmrəylik nümayiş olunur.

Bakı polisi: Paytaxt sakinləri xüsusi karantin rejimi qaydalarına ...

Bakı polisi: Paytaxt sakinləri xüsusi karantin rejimi qaydalarına ...


Amma bəzi vətəndaşların məlumat öyrənmək üçün “gözünü ağzına dikdiyi” məmur(lar) cəmiyyətə qorxu, təşviş aşılayırlar. 


Ya onlar öz işlərini yerinə yetirə bilmir, ya hökumətin həyata keçirdiyi işlərdən xəbərsizdir, ya da Azərbaycan xalqını ağılsız hesab edirlər.


Reallıq odur ki, hökumət ən effektli addımlar atır, xalq da kifayət qədər ağıllıdır. Reallıq həm də odur ki, bu məmur(lar) işlərini bilmirlər, ona görə də belə qorxu, təşviş yayır, xalqı ağılsız yerinə qoyur.


Keçmiş ANS-in rəhbəri Vahid Mustafayevin bununla bağlı maraqlı və yerində olan şərhi var. Ortada olan mövcud faktlar təsdiqləyir ki, ictimaiyyəti məlumatlandırmaqdan məsul olan şəxslərin “Koronavirusun Azərbaycandaki inkişaf dinamikasını İspaniya ilə müqaisə etmək olar”, yaxud, “Koronavirus Azərbaycanda həndəsi silsilə ilə yayılır!” kimi təşviş yaradacaq açıqlamaları həqiqətdən uzaqdır, hətta çox uzaq. Görünür, bu məsul olanlar da tutduqları vəzifədən çox uzaqdırlar.


V.Mustafayev bu şəxslərdən keçmiş “ANS-çilər” olaraq bəhs edir. Elə biz də belə ifadə edək, ünvanına çatacaq.

APA-dan sonra ANS də qayıda bilərmi? - Vahid Mustafayev deyir ki ...

APA-dan sonra ANS də qayıda bilərmi? - Vahid Mustafayev deyir ki ...

 

Keçmiş “ANS-çi”lərdən biri də belə deyir: “Ya 20 gün evdə qalmalıyıq, ya da milçək kimi qırılacağıq”. Guya o, vətəndaşlara vəziyyətin ciddiliyini izah etmək istəyir, amma “qaş düzəltmək yerinə vurub göz çıxarır”. 


Sual yaranır, hökumətin koronavirusla mübarizəsini ictimaiyyətə çatdıran və həyata keçirilən işləri təbliğ edən bu şəxslər nəyə xidmət edir?


Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva xalqa çağırışları zamanı hər kəsin evdə qalmasını xahiş edir, bunun öz sağlamlığımız üçün vacib olduğunu diqqətə çatdırırlar. Amma bir az səlahiyyət verilmiş belə şəxslərin biri vətəndaşları təşvişə salır, digəri vətəndaşı “milçəklə” müqayisə edir. İndi siz, özünüzü bu dövlətin rəhbərliyindən və Azərbaycan xalqından ağıllı hesab edirsiniz?!

 

Vasif Həsənli
Demokrat.az

Müəllif: Ayna.az      4 Aprel 2020 21:09
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin