Koronavirusun öhdəsindən gələ bilərik

Koronavirusun öhdəsindən gələ bilərik

Artıq bir çox ölkələr Covid-19-u İnterferon 2A ilə müalicə etdiklərini açıqlayıb

 

Zəncəfil (imbir) 45 manat olub? Məcburdur? Almayın. Gəlin sizə ondan heç də geri qalmayan əsas qida məhsullarını sayım:

 

1. Akridon - sirkə turşusunun natural əvəzedicisi naringin və C vitamin ilə zəngin sitrus meyvələri - qreypfrut, portağal və mandarin, kivi, ananas.

 

2. Qlutationla zənginlər - kəvər, (prasa, спаржа), acı və şirin bibər, yerkökü, ispanaq, kartof, yaşıl soğan, avokado, brokkoli və qırmızı ət. Bu məhsulları bir yerdə bişirib yeyinƏ əvəzolunmaz gücdədirlər.

 

3. ZN-sinklə zəngin məhsullar - dənizdə üzən və yetişən nə varsa, hamısı, balqabaq və balqabaq toxumu, paxlalılar (lobya, maş, noxud), bütün növ çərəzlər (qoz, fındıq, fıstıq və s), bütün süd məhsulları, şokolad və kakao.

 

Akridon-sirkə turşusu (Naringin) interferonun sintezini təmin edir. İnterferon isə hər kəs bilir ki, immunitetin əsasıdır. (Artıq bir çox ölkələr Covid-19-u İnterferon 2A ilə müalicə etdiklərini açıqlayıb).

 

Qlutatyon - artıq dediyimiz kimi, sizin zərər çəkmiş hüceyrələrinizi bərpa edəcək tək aminturşu birləşməsidir. Sizi sağlam və ayaqüstə saxlayan tək maddədir.

 

ZN-sink hüceyrələrin bərpası prossesində (yəni sağalma) sürətləndirici (katalizator) və enerji ilə təminedici vacib elementdir. Sağlam yaşamağın formulu, əslində sadədir və gözümüzün önündədir. Dükanda satılan bütün növ:


- fast-foodlar, kolbasa, sosis


- meyvə şirələri


- qazlı içkilər (fanta, cola, pepsi)


- bütün növ energotoniklər


- bütün növ xəmirli-şəkərli məsullar (tort, biskvit məhsilları), (az miqdarda, gündə 4 balaca kvadrat qara şokolad olar)


- siqaretdən uzaq olub,

 

- bazarda satılan hər bir tərəvəz, mövsümü meyvə ilə qidalansaz,


- həftədə, heç olmasa 2 dəfə sulu yemək yesəz (fərqi yoxdur hansı, ən yaxşısı borş)


- həftədə, heç olmasa 2 dəfə, 5 km yol piyada getsəz,


- ayda iki dəfə və 150 qramdan çox olmamaq şərtilə alkoqol qəbul etsəz (heç etməsəz, lap yaxşı),


- həftədə, heç olmasa 3 dəfə (səhərlər 10 dəqiqə) idman etsəz,


- çox yağlı olmayan, az qızarmış, 1 dilimdən çox olmamaq şərtilə çörək yesəniz,


- gündə, heç olmasa 1 lt su içsəniz

 

immunitetiniz istənilən səvviyədə olacaq.


Ən çox gənclər, yeməyinizə və içdiyinizə fikir verin, 40 yaşında gec olacaq.

 

Müşfiq Hüseynov, həkim-farmokoloq

Müəllif: Ayna.az      4 Aprel 2020 20:02
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin