Əsas səhifə Haqqımızda Xəbər lenti

Rusiyadan gələn azərbaycanlıların ölkəyə buraxılmasına başlanıb - FOTOLAR

Rusiyadan gələn azərbaycanlıların ölkəyə buraxılmasına başlanıb -     FOTOLAR

Azərbaycana daxil olan şəxslərin zəruri karantin rejimi tədbirlərinə cəlb olunmaları təşkil edilib

 

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əldə olunmuş razılığa əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 31 mart tarixli qərarına uyğun olaraq aprel ayının 4-də saat 11:00-dan başlamaqla “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiyadan ölkə ərazisinə gələn Azərbaycan Respublikası vətəndaşlarının qəbulu, ölkə ərazisinə buraxılmaları, ilkin müayinə olunmaları və karantin rejimində təcrid edilmələri üzrə tədbirlər həyata keçirilib. AYNA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

 

Məlumata görə, ölkəyə daxil olan şəxsləri qarşılayan Azərbaycan sərhədçiləri tərəfindən sərhəd və gömrük nəzarətindən sonra “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) ilə qarşılıqlı əlaqədə onların zəruri karantin rejimi tədbirlərinə cəlb olunmaları təşkil edilib: “Dövlət sərhədini keçdikdən sonra vətəndaşların hər birinə xüsusi qoruyucu maskalar və digər təhlükəsizlik vasitələri verilir, onlar Azərbaycanda elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq sərhədyanı rayonların ərazisində bu məqsədlər üçün ayrılmış mərkəzlərdə müəyyən olunmuş müddətlərdə karantin rejiminə yerləşdirilirlər”.

 

DSX-dan bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən DSX rəisi Elçin Quliyev 4 aprel tarixində “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində olub və Rusiya Federasiyasından gələcək vətəndaşların qarşılanması və sanitar-karantin tədbirlərinə cəlb olunması üzrə hazırlıq vəziyyətini yoxlayıb: “Dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlıqlarının qorunması üçün görülmüş işlər nəzərdən keçirilib, zəruri tapşırıq və göstərişlər verilib. Karantində saxlanılacaq şəxslərin qalması üçün ayrılmış yerlərə və yaradılmış şəraitə, həmin şəxslərin daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinə baxış keçirilib. Dövlət sərhədindən ölkə ərazisinə buraxılan vətəndaşlarla görüş keçirilib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində görülən işlər haqqında onlara geniş məlumat verilib, xahiş və müraciətləri dinlənilib”.

 

“Söhbət zamanı vətəndaşlar Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət sərhədlərindən gediş-gəlişin tam məhdudlaşdırıldığı bir zamanda onların Azərbaycana qayıda bilmələri üçün yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirib, bu halın dövlətin öz vətəndaşına göstərə bildiyi diqqət və qayğının ali nümunəsi olmasını qeyd ediblər”, - deyə DSX-dan qeyd olunub.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      4 Aprel 2020 14:34
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin