Aprelin 5-nə dair növbəti xəbərdarlıq edilir

Aprelin 5-nə dair növbəti xəbərdarlıq edilir

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur aşağı enəcək

 

Aprelin 6-sı səhərdən 9-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək, temperatur tədricən aşağı enəcək. AYNA bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən xəbər verir.

 

Bildirilir ki, aprelin 6-sı səhərdən 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcəyi, aprelin 7 və 8-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında aprelin 6-sı səhərdən 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Aprelin 6-sı səhərdən 7-si səhərədək qərb küləyi  15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Müəllif: Ayna.az      4 Aprel 2020 13:28
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin