Son statistika: Yoluxma və ölüm faktları artır

Son statistika: Yoluxma və ölüm faktları artır

Dünya üzrə koronavirus bəlası sürətlə davam edir

 

Son statistikaya görə, dünya çapında koronavirusa yoluxanların sayı 1 milyon 117 min, ölənlərin sayı isə 59 min nəfəri keçib. AYNA xarici mətbuata istinadən koronavirusla bağlı son məlumatları təqdim edir:

 

ABŞ: Ölənlərin sayı 7 min, ümumi yoluxanların sayı 277 min nəfəri keçib.

 

Türkiyə: Virusa yoluxanların ümumi sayı 20921, ölü sayı 425 nəfərə çatıb.

 

İtaliya: Koronavirusa 119 min 827 nəfər yoluxub ki, onlardan 14681-i vəfat edib.

 

Almaniya: Ölənlərin sayı 1275, yoluxanların sayı 91159 nəfər təşkil edir.

 

Fransa: Covid-19-a yoluxanların sayı 64338-ə qalxıb. Onlardan bu günə qədər 6507-si dünyasını dəyişib.

 

Yaponiya: Daha 4 nəfərin ölümü ilə ölkədə virusdan ölənlərin sayı 88 nəfərə çatıb.

 

Yeni Zelandiya: Virusa yoluxanların sayı 950-ə yüksəlib.

 

Avstraliya: Ölənlərin sayı artaraq 30 nəfərə çatıb. Ölkədə 5052 insan koronavirus daşıyıcısıdır.

Müəllif: Ayna.az      4 Aprel 2020 12:12
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin