Gürcüstanda daha bir həkim koronavirusa yoluxub

Gürcüstanda daha bir həkim koronavirusa yoluxub

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb 

 

Tbilisidə təcili tibbi yardım həkiminin koronavirusa yoluxması təsdiqlənib.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bununla Gürcüstanda koronavirus diaqnozu qoyulan həkimlərin sayı iki nəfərə çatıb.

 

Yayılan məlumatlara əsasən, həkim həyat yoldaşından COVID-19 infeksiyasına yoluxub.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.

 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 067 324-ə çatıb. Bunların 226 038 nəfəri sağalıb, 56 729 nəfəri isə ölüb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Müəllif: Ayna.az      4 Aprel 2020 04:24
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin