Avropada ölənlərin sayı 40 minə yaxınlaşdı

Avropada ölənlərin sayı 40 minə yaxınlaşdı

Aİ İtaliyaya 100 milyard avro yardım edəcək

 

Avropada koronavirusdan ölənlərin sayı sürətlə artıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, statistikaya əsasən, dünyada koronavirusdan ölənlərin və yoluxanların 70 faizi Avropa qitəsinin payına düşür.

 

Avropada və dünyada ən çox itki verən ölkə isə İtaliyadır. Artıq bu ölkədə 14 minə yaxın insan Covid-19-un qurbanı olub. Virusa yoluxanların sayı isə 115 mindən çoxdur.

 

Avropa İttifaqı (Aİ) artıq İtaliyaya dəstək verib. Aİ Komissiyasının rəhbəri Ursula Von Der Leyen ittifaqın pandemiyadan ən çox təsir etdiyi ölkələrə, xüsusən də İtaliyaya 100 milyard avro ayırdığını söyləyib.

 

İspaniyada da vəziyyət ciddi olaraq qalır. Ölüm sayı 10 mini, virusa yoluxanların sayı isə 112 mini keçib.

 

Almaniyada virusa yoluxanların sayı 85 minə yaxınlaşıb. 1000-dən çox insan isə virusun qurbanı olub. Bundan əlavə, 2300 həkim və tibb bacısında virus aşkarlanıb.

 

Fransada isə rekord sayı ölüm halı qeydə alınıb. Belə ki, son bir gündə 500-ə yaxın insan koronavirusdan həyatını itirib. Bununla da həyatını itirənlərin sayı 5400 nəfəri keçib. Ölkədə koronavirusa yoluxanların sayı 60 minə yaxınlaşıb.

Müəllif: Ayna.az      3 Aprel 2020 10:53
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin