ABŞ-da koronavirus qurbanlarının sayı 5,3 min nəfəri ötüb

ABŞ-da koronavirus qurbanlarının sayı 5,3 min nəfəri ötüb

ABŞ-da koronavirus qurbanlarının sayı artıb 

 

ABŞ-da koronavirusa yoluxanların sayı 226 min nəfərdir.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.

 

Universitetin məlumatına görə, ölkədə COVID-19 qurbanlarının sayı 5 316 nəfər təşkil edir.

 

Bildirilir ki, siyahıya 1 374 ölüm hadisəsi ilə Nyu-York şəhəri liderlik edir, ikinci yerdə 164 ölüm hadisəsi ilə Vaşinqton ştatının Kinq şəhəri qərarlaşıb.

 

Ölkədə virusdan sağalanların sayı 8 826 nəfər təşkil edir.

Müəllif: Ayna.az      3 Aprel 2020 01:30
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin