İran parlamentinin sədri koronavirusa yoluxdu

İran parlamentinin sədri koronavirusa yoluxdu

İranda koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

İran İslami Şura Məclisinin (parlament) sədri Əli Laricaniyə koronavirus diaqnozu qoyulub. 

 

AYNA IRNA-ya istinadən xəbər verir ki, bu barədə IRIB dövlət televiziyası məlumat yayıb. 

 

Bildirilib ki, spikerdən bir sıra simptomların müşahidə olunması səbəbindən analiz götürülüb və testin nəticəsi müsbət çıxıb.  

 

Məlumatda həmçinin Ə.Laricaninin hazırda karantinə alındığı və müalicə edildiyi də vurğulanıb.

Müəllif: Ayna.az      2 Aprel 2020 23:20
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin