Azərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıb

Azərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıb

Onlardan 8 nəfərin vəziyyəti ağır, 11 nəfərinki orta ağır qiymətləndirilir

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 41 yeni yoluxma faktı qeydə alınıb. Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Bildirilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 8 nəfərin vəziyyəti ağır, 11 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

 

Bununla ölkədə COVID-19-a yoluxanların sayı 400 nəfərə çatıb. Onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 369  nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Müəllif: Ayna.az      2 Aprel 2020 13:08
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin