Fövqəladə vəziyyətin elan edilməsi istisna deyil - RƏSMİ

Fövqəladə vəziyyətin elan edilməsi istisna deyil -       RƏSMİ

Operativ Qərargah: Yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir

 

“Koronavirusa yoluxma halları artır. Yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir. Cəmi 46 nəfər sağalıb. Bu fərqin artması pis tendensiyadır”.

 

AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

 

“Vəziyyətin nəzarətdən çıxdığı deyilmir. Bu tendensiya davam edərsə, vəziyyət mürəkkəbləşərsə, fövqəladə vəziyyətin elan olunması istisna edilmir. Hökumət bütün planlara malikdir. Amma arzu ediləndir ki, buna ehtiyac olmasın”, - Məmmədov bildirib.

 

Tədbirdə açıqlama verən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndəsi Yaqut Qarayeva isə bildirib ki, hazırda bütün bölgələrdə virus var: “Azərbaycanın bütün regionlarında koronavirus yayılıb. Testlər bütün əhali üçün deyil. Heç bir ölkədə bu, tətbiq edilmir. Biz bacardığımız qədər kliniki simptomları və təmasda olduqları şəxsləri test edirik. Bir viruslu xəstə hərəkət etməklə ətrafına 30-40 xəstə toplayır”.

Müəllif: Ayna.az      2 Aprel 2020 12:47
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin