Karantin rejimi sərtləşdirilir: Evdən çölə xüsusi icazə əsasında çıxacağıq

Karantin rejimi sərtləşdirilir: Evdən çölə xüsusi icazə əsasında çıxacağıq

İbrahim Məmmədov: “Bu mexanizm üzərində iş gedir, yaxın saatlarda təsdiqlənəcək”

 

“Vətəndaşların icazə ilə çölə çıxması ilə bağlı sənəd hazırlanır. Sənəd yaxın saatlarda açıqlanacaq”.

 

AYNA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov belə açıqlama verib. Bildirib ki, sözügedən sənəd hələlik təsdiqlənməyib: “Bu mexanizm üzərində iş gedir, yaxın saatlarda təsdiqlənəcək”.

 

Tədbirdə Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev isə deyib ki, karantin rejiminin tələblərinə görə, vətəndaşların zəruri hallarda evdən çıxmasına icazə verilir: “Ərzaq, dərman almaq, məişət tullantılarını atmaq üçün və həyatı üçün təhlükə olanda. Vətəndaşlara düzgün izah etmə məsələsi artıq həllini tapıb. Vətəndaşların evdən çıxması elektron cihazlarla tənzimlənəcək. Yaxın vaxtlarda geniş məlumat veriləcək”.

 

“Vətəndaş evdən çıxmamış müəyyən nömrəyə SMS-lə bu barədə izah verəcək. Onlara icazə veriləcək. Vətəndaşa polis naryadı yaxınlaşanda o, şəxsiyyət təqdim edəcək və polis planşetlə ona icazə verilib-verilmədiyi öyrənəcək. Vətəndaş Yasamalda icazə alıbsa, ancaq başqa rayonda aşkarlanıbsa, o, artıq karantin rejimini pozmuş kimi qiymətləndiriləcək", - deyə DİN rəsmisi vurğulayıb.

Müəllif: Ayna.az      2 Aprel 2020 12:25
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin