Tramp qadın konqresmenlərin üzərinə "hücuma keçdi" - FOTO

Tramp qadın konqresmenlərin üzərinə "hücuma keçdi" -        FOTO

Trampla tez-tez fikir ayrılıqları yaşayan dörd qadın konqresmen var

 

ABŞ Prezidenti Donald Tramp Konqresin qadın demokrat üzvlərini hədəf alan "Twitter" mesajına görə ittiham olunur. 

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, Tramp sözügedən mesajı ilə irqçilik etməkdə günahlandırılır.

 

Donalq Tramp həmin "Twitter" mesajında "hökumətləri, tamamilə fəlakət olan ölkələrin konqresmenləri öz ölkələrinə geri qayıtmalıdırlar" - deyə yazıb.

ABŞ Prezidenti tənqid etdiyi Konqres üzvlərinin adlarını isə açıqlamayıb. Ancaq Trampla tez-tez fikir ayrılıqları yaşayan, onun yürütdüyü siyasətə qarşı çıxan dörd qadın konqresmen var. 

Müəllif: Ayna.az      15 İyul 2019 14:52
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin