Bakıda tikinti materialları bazarında yanğın - FOTOLAR

Bakıda tikinti materialları bazarında yanğın -         FOTOLAR

Bakıda bazarda yanğın hadisəsi baş verib

 

Bu gün gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 32 canlı qüvvəsi və 12 texnikası cəlb edilib.

 

AYNA xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov bildirib.

 

Onun sözlərinə görə, yanğın bazarın 400 kv. metr ərazisini əhatə edib. O, qeyd edib ki, yanğın tam söndürülüb.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      2 Aprel 2020 08:11
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin