Nazir: “Azərbaycanın İsveçdə səfirinin təyinatı nəzərdə tutulur”

Xəbərlər

15.03.2021 - 13:22

Həkimlər Klinikalar SEO Xidməti

Ceyhun Bayramov: “Azərbaycan və İsveç arasında münasibətlər inkişaf etməkdədir”

 

Bu gün  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri  Ann Linde ilə görüşüb. AYNA-nın xəbərinə görə, görüşdən sonra nazirlər mətbuat konfransı keçiriblər.

 

C.Bayramov bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri və rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə ikitərəfli və geniş formatda görüş olub: “Bu gün Azərbaycan və İsveç arasında münasibətlər inkişaf etməkdədir. Siyasi dialoqun davam etdirilməsi, birgə maraq kəsb edən layihələrin müzakirə edilməsi, o cümlədən yüksək səviyyəli səfərlər olduqca vacibdir. Bu baxımdan bu səfəri yüksək dəyərləndiririk”.

 

“Ötən il ilk dəfə İsveçin Azərbaycanda rezident səfiri təyin olunub. Bu yaxınlarda Azərbaycanın İsveçdə səfirinin təyinatı nəzərdə tutulur”, - deyə C.Bayramov əlavə edib.

 

XİN başçısı bildirib ki, pandemiya ilə əlaqədar ticarət dövriyyəsi, investisiya qoyuluşu məsələsinə baxarkən, görürük ki, İsveç və Azərbaycan arasında bu istiqamətdə kifayət qədər imkanlar mövcuddur və buna diqqət yetirilməlidir: “İsveç üçün Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizləri maraqlı ola bilər. Azərbaycanda son illər bərpa olunan və alternativ enerji mənbələrinə diqqət yetirilir. İsveç bu sahədə lider dövlətlərdən biridir və bu sahə Azərbaycanla əməkdaşlıqda perspektivi olan sahədir”.

 

“Bugünkü görüşdə Azərbaycan və İsveçin çoxtərəfli platformada əməkdaşlığı da müzakirə olunub. Avropa İttifaqının bu bölgədə maraqlarının və fəallığının artırılması yönündə İsveç hər zaman fəal olub. Ölkəmiz üçün də Avropa İttifaqı ilə ikitərəfli sazişin yekunlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri içərisində yeganə ölkədir ki, Avropa İttifaqının 9 ölkəsi ilə Strateji Tərəfdaşlıq Sazişi imzalayıb. Avropa İttifaqı ilə də qarşılıqlı maraq və faydalılıq prinsiplərini nəzərə alaraq, bu sazişin yekunlaşdırılması və qüvvəyə minməsinin tərəfdarıyıq”, - deyə nazir qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş