“Müştərilər cərimələri də boyunlarına götürməyə hazır idilər” – <font color=red> BƏRBƏR</font>

Cəmiyyət

11.05.2020 - 17:09

Həkimlər Klinikalar SEO Xidməti

Cəfər Yusifov: “Fəaliyyətimizi bərpa etdikdən sonra salonlara “hücum”lar başladı”

 

Ölkədə xüsusi karantin rejimininin yumşaldılmasından sonra, mayın 4-dən etibarən bir çox müəssisələr, ictimai iaşə obyektləri fəaliyyətini bərpa edib. Onlar arasında bərbərlik fəaliyyəti ilə məşğul olanlar da var.

 

Bərbər Cəfər Yusifov mayın 4-dən öncəki və sonrakı durumları barədə AYNA-ya danışıb.

 

- Qadağa müddətində nə işlə məşğul olurdunuz?

 

- SMS icazədən əvvəl onlayn xidmətə keçmişdik. Yəni sifarişi qəbul edib müştərinin öz evində xidmət göstərirdik. SMS icazə vasitəsi qəbul olunandan sonra isə evdən çölə çıxmağımız məhdudlaşdı. Bu müddət ərzində, demək olar ki, öz məişət problemlərim, qayğılarımla məşğul oldum. Xidmət fəaliyyətim isə yalnız qohumlar, qonşular, bir sözlə, ev ətrafında olanlarla bağlı idi. Çünki bizim iş elədir ki, daim ehtiyac duyulur.

 

- Bu müddət ərzində maddi sıxıntılarınız çox oldu?

 

- Düzünü desəm, həddindən artıq maddi problem yaşamadım. Çünki qadağa da uzun çəkmədi. Əlbəttə ki, bəzi sıxıntılar da oldu. İstər-istəməz insanlar işsiz qaldığı üçün bu, bizə də təsir elədi. Hər şey bir-birinə zəncirvari bağlı olduğu üçün, istər-istəməz bizim də gəlirimizə təsir edir.

 

- Bu müddət ərzində qazanc və müştəri baxımından nə qədər itkiniz oldu?

 

- Təbii ki, qazanc baxımından itki oldu. Çünki xidmət yüksək səviyyədə aparılmırdı. Salon şərtləri ilə ev şəraitində xidmət göstərmək fərqlidir. Salonda yüksək səviyyədə xidmət olduğu halda, evlərdə bir az məhdud olurdu deyə, bu, qiymətə də təsir edirdi. Həm də bu ərəfədə işsizliyin sayı artdığı üçün bu, bizə də təsir edirdi. Müştəri baxımından isə itki olmadı. Çünki biz bu işdən öz istəyimizlə imtina etməmişdik, qanun çərçivəsində fəaliyyətimizə ara vermişdik. Bərbərlərə də hər zaman ehtiyacı olduğu üçün yenə də sifarişlər qəbul edirdim.

 

- Çalışmadığınız ərəfədə müştərilər, əsasən zəng edib nə xahiş və təklif edirdilər?

 

- Hələ qadağa qoyulmamışdan əvvəl də mənim evlərə sifarişlə getmək və xidmət göstərmək təcrübəm var idi və bu, demək olar ki, bütün bərbərlərə aiddir. Karantin müddətində isə buna tələbat daha da artdı. Daha çox zənglər və xahişlər oldu. Belə deyim ki, cərimələri də gözə alacaq müştərilərimiz oldu. Ki, hər hansı bir cərimə yazılacaqsa, ödəməyə hazır olduqlarını bildirənlər var idi. Hətta, mənə bir müştəri zəng edərək, evdən götürmüş, evlərinə aparmış, sonra da şəxsi avtomobili ilə geri gətirmişdi. Məsafəmiz belə, uzaq idi və hər hansı bir cəzanı da qarşılamağa hazır idi. 

 

- Artıq salona müştərilərin axını başlayıb?

 

- Fəaliyyətimizə qoyulan qadağa aradan qalxandan sonra müştərilərin salonlara “hücum”ları başladı. Hətta, salonların içində bəzi məhdudiyyətlər olduğu üçün salonun qarşısı insan izdihamına bürünmüşdü. Çünki qadağa müddətində çox yüksək xidmət göstərə bilmədiymiz üçün müştərilər axın etmişdilər.

 

- Yəqin ki, müştərilərin saç-saqqalı çoxalmışdı. Onları tanıya bildiniz?

 

- Tanıdım (gülür – M.N.). Həm də karantin müddəti çox uzun çəkmədiyi üçün elə böyük bir dəyişiklik olmamışdı. Bir az saç-saqqalları səliqəsiz olmuşdu ki, onu da düzəltməyə, səliqəyə salmağa çalışdıq. Bəzi müştərilər də var idi ki, özlərinin avadanlıqları olduğu üçün özlərini səliqəyə salmışdılar. Təbii ki, onların arasında da problem yaşayanlar olmuşdu. Onlara da xidmət göstərib probemlərini həll elədik. Artıq vəziyyət düzəlməyə başlayır və əvvəlki günlərə geri dönürük.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş