Mountains ADAPT üzrə layihə təkliflərinin qəbulu başlayıb

Xəbərlər

21.08.2026 - 10:55

Cənubi Qafqaz ölkələrində fəaliyyət göstərən icma əsaslı təşkilatlara 30 000 ABŞ dollarınadək kiçik qrantlar ayrılacaq

UNEP-in Mountains ADAPT layihəsi iqlim dəyişikliyinin təsirlərinə həssas dağ icmalarında dayanıqlılığın gücləndirilməsinə yönəlmiş innovativ tədbirləri dəstəkləyir. AYNA.AZ xəbər verir ki, proqram çərçivəsində Cənubi Qafqaz ölkələrində fəaliyyət göstərən icma əsaslı təşkilatlara 30 000 ABŞ dollarınadək kiçik qrantlar ayrılacaq.

Tematik istiqamətlər

Layihə dağ icmalarında iqlim dəyişikliyinin təsirlərinə cavab verən inklüziv, təbiət əsaslı həlləri dəstəkləyir. Təklif olunan fəaliyyət istiqamətlərinə aşağıdakılar daxildir:

Ekosistemlərin bərpası

Suyun toplanması və saxlanılması

İqlimə uyğun ağıllı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi

Fəlakətlərə hazırlıq

Gəlir mənbələrinin artırılması və şaxələndirilməsi

Sağlamlığın və həyat keyfiyyətinin yaxşılaşdırılması

Qrant haqqında ümumi məlumat

Qrant məbləği: maksimum 30 000 ABŞ dolları

İcra müddəti: 12 ayadək

Əhatə olunan ölkələr: Cənubi Qafqaz (Azərbaycan, Ermənistan və Gürcüstan)

Uyğunluq meyarları

Təklif olunan həllər dağlıq ərazilərdə iqlim dəyişikliyi ilə bağlı konkret problem və ya həssaslığa cavab verməlidir. Sadalanan ölkələrin dağlıq ərazilərində yerli səviyyədə fəaliyyət göstərən, rəsmi qeydiyyatdan keçmiş təşkilat olmalıdır. Yerli dağ icmaları ilə birbaşa iş təcrübəsi olmalıdır. Müraciət edən təşkilatlar müraciət formasını 15 sentyabr tarixinədək doldurmalı və təqdim etməlidirlər.

Müraciət prosesi

Layihə üzrə müraciətlər 15 sentyabr 2026-cı il tarixinədək ingilis dilində və ya Cənubi Qafqaz ölkələrinin milli dillərində (Azərbaycan, erməni və gürcü dillərində) təqdim edilə bilər. Layihə ilə bağlı media faylları, mətn materialları və əvvəlki layihələrə dair sənədlər də təqdim edilə bilər. Müraciət forması təqdim edildikdən sonra regional və milli ekspertlərdən ibarət Seçim Komitəsi tərəfindən nəzərdən keçiriləcək. Uğurlu layihə təklifləri barədə müraciət edən təşkilatlara məlumat veriləcək və tam layihə sənədlərinin və icra planının hazırlanmasında onlara dəstək göstəriləcək.

Müraciət edin!

Yerli fəaliyyət, qlobal təsir — hər bir təşəbbüs önəmlidir!

Müraciət qaydaları və layihə təkliflərinin qəbulu ilə bağlı ətraflı məlumatı Mountains ADAPT layihəsinin səhifəsindən əldə edə bilərsiniz.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş